Gənc tamaşaçılar teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva ailə üzvləri ilə birlikdə koronavirus infeksiyasına yoluxub. O, artıq sağalaraq xəstəxanadan evə buraxılıb. Aktrisa xəstəlik müddətini və müalicə prosesində yaşadıqlarını bölüşüb.
Əməkdar artis Şəfəq Əliyeva deyir ki yaxın günlərdə itirdiyi həyat yoldaşı xalq artisti Rafiq Əliyevin dəfnindən qayıtdıqdan sonra bütü ailə üzvlərinin halı pisləşib. onların hamısının hərarəti qalxıb. Qızı ilə onun vəziyyəti daha ağır olub.