Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

594
Paylaş:
Bakıda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər