Sabahdan avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.
Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı pozuntulara görə də cərimə müəyyənləşib:
- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsindən kənarda həyata keçirilməsinə;
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
-qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə əlli manatadək məbləğdə cərimə ediləcək.
Digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə cərimə ilə bağlıdır. Əgər hazırda buna görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilirsə, layihəyə görə bu halla əlaqədar artıq əlli manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Qanuna əsasən, qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi ilə bağlı inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən edildikdən sonra yaranacaq.
Həmçinin layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə olan cərimə dəyişib. Belə ki, artıq :
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;