BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Venesuela Prezidenti Nikolas Maduro koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “TASS” xəbər verib.

 

Maduro qərarını Karakasda çıxış edərkən açıqlayıb. Onun çıxışı dövlət televiziyası ilə yayımlanıb.

 

Venesuela liderinin sözlərinə görə, bu tədbir “əhalinin qorunmasına” yönəlib.

 

Qeyd edək ki, martın 17-dən bütün ölkədə karantin rejimi tətbiq olunur. Mayın 12-dək 423 yoluxma, 10 ölüm halı qeydə alınıb.

 

Tarix: 13 May 2020, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin