Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır xəsarətlər alıb.