Bu gün tanınmış müğənni Afət Fərmanqızının doğum günüdür. O, özəl günü ilə bağlı təəssüratlarını Moderator.az saytı ilə bölüşüb.
"Mənim üçün üçqat bayramdır. Həm yeni ili qarşılayırıq, həm Dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd edirik, həm də mənim doğum günümdür.
45 yaşım tamam olur, yaşımı deməkdən utanmıram. Həyat yoldaşım bildi ki, bu gün konsertimdi, təyyarədə-yolda olacam, ona görə məni dünəndən təbrik edib. Mənə qırmızı qızılgüllərdən ibarət gül dəstəsi göndərib. Kartıma da 3 min dollar pul göndərdi ki, özümə yeni mikrofon alım. Dedi ki, mikrafon seçimini özün daha yaxşı edə bilərsən. Mikrofonum var idi, ən son dəbdə olanı hələ almamışdım.