Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.
***
01:14
Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 01 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub.
DİN mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyatı dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb xəsarət alan yoxdur.
***