Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat keçirdiyi gün Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdəcədən yarım milyon manatdan artıq, dəqiq rəqəmlərin ifadəsində 526 min 381 manatın bölgüsü aparılırmış.
Nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən KOMPÜTER PROQRAMLARINA (yalnız) TEXNIKI DƏSTƏK üçün 269 min 999 manat xərclənsin (ilin sonuna 7 ay qalır bu hesabla 1 aya 38570,00 manat). Yerdə qalan vəsait isə “ Birinci İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunsun. DTX-nin əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.
Bununla belə indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər. Deyilənə görə buna səbəb ölkədə KARANTIN REJİMİ elan olunan gündən bu yana, yəni 14 mart 2020 ci ildən nazirliyin idarə və xidmətləri vasitəsi ilə hər birinin dəyəri 50.000 manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsülu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının şəffaflığı barədə DTX-nin ciddi məlumatlara malik olmasıdır.
Son 2 ayda nazirliyin qurumları “İstehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq, “Müxtəlif vasitələr ilə muzeylərin fəaliyyətinin inkişafı işləri” o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili də daxil 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib.
Bu məbləğə işçilətin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə RƏSMI KARANTINdə olduğu zaman son 2 ayda rəsmiləşdirilib.
Bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin Muzey və Fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə TEXNIKI SERVISin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkir.