Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN-dən azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı AÇIQLAMA

952
Paylaş:
DİN-dən azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı     AÇIQLAMA

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır: “Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib.

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Paylaş:

Ən son xəbərlər