Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Anar Bağırovdan özünü yandıraraq intihar edən Zaur Məmmədovla bağlı açıqlama: “Onun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”

1 726
Paylaş:
Anar Bağırovdan özünü yandıraraq intihar edən Zaur Məmmədovla bağlı açıqlama:       “Onun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Zaur Məmmədovun özünü yandıraraq intihar etməsinə münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, A.Bağırov deyib ki, Z.Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb.

“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq", - o qeyd edib.

Sədr Zaur Məmmədovun yaxınlarına baş sağlığı verib.

Qeyd: Vəkil bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

Paylaş:

Ən son xəbərlər