Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Prokurorluq vəkilin intiharı ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

956
Paylaş:
Prokurorluq vəkilin intiharı ilə bağlı məlumat yaydı -   YENİLƏNDİ

Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

***

21:45

Bakıda vəkilin özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlunun Vəkillər Kollegiyasının qarşısında üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər