Bakıda Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi dəhşətli cinayətlə bitib. Xezerxeber.az-ın məlumatına görə, kafenin icarədarının oğlu kababçını və müştərini qətlə yetirməktə şübhəli bilinir.
Hadisə ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonun, Biləcəri qəsəbəsində, dəmiryolu stansiyası yaxınlığındakı kafedə baş verib.
Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən, 22 yaşlı Arif Bəhərçiyevin qeyd olunan ünvanda mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kafenin nəzarətçisi Dilsuz Umudov bildirib ki, qətli törətməkdə şübhəli bilinən Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədirmiş. İlkin məlumata görə, Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.