2024-cü ilin gəlişinə saatlar qalıb. Qarşıdan gələn il isə Yaşıl Əjdaha ilidir. Əjdaha ili dünyaya və ölkəmizə nələr vəd edir? Hansı bürclər üçün uğurlu olacaq?
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, yola saldığımız Dovşan ili geridə qalır. 2024-cü il isə Yaşıl Əjdaha olacaq. Əjdaha Çin zodiak dairəsinin yeganə mifik iştirakçısıdır və onun himayəsində olan il həmişə sürprizlər, fantastik təsadüflər və taleyin dönüşləri ilə zəngindir.
Əjdaha müdrikliyi, alicənablığı və səxavətliliyi özündə ehtiva edir.
Mövzu ilə bağlı danışan astroloq Məryəm Teymur 2024-cü ilin böyük dəyişikliklərlə yadda qalacağını deyib.