Gədəbəy rayonu təhsil sektorunda metodist işləyən Ramin Məmmədov bu gün ürəktutmasından vəfat edib.
Ramin Məmmədov qonaq getdiyi məclisdə öldü
Pravda.az axar.az-a istinadən xəbər verir ki, pedaqoq Sumqayıt şəhərinə qonaq getdiyi məclisdə anidən səhəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
R.Məmmədov Gəncə şəhər 37 nömrəli məktəbdə, daha sonra isə Gədəbəy rayon təhsil sektorunda çalışıb.