"Yaponiya ilə Azərbaycanda baş verən zəlzələlər tamamilə fərqlidir. Birincisi, bizdə tektonik qırılmalarla bağlı bloklar arasında gedən proseslər fərqlidir. İkincisi, sunami söhbəti ola bilməz. Çünki Xəzər qapalı göldür. Sinoptiklərin məlumatına əsasən, Xəzərdə 3-5 metr dalğa qalxır. O dalğanın sahil boyu yaşayış məntəqələrinə heç bir fəsadı olmur. Zəlzələ vertikal təsir nəticəsində dalğanı qaldırır, sonra o dalğa sahil boyu yayılmağa başlayır". Bu fikirləri Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Yaponiya subduksiya zonasında yerləşir:
"Şimal Buzlu okean bir tərəfdən, Avrasiya plitəsi bir tərəfdən, Sakit okean plitəsi bir tərəfdən, beləliklə, plitələr arasında gedən parçalanmalar böyük olur, onun da güclü təsiri yaranır.