Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir. Xezerxeber.az-ın məlumatına görə, keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər.
Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.