Abşeron rayonunda 15 yaşlı qız eyvandan yıxılaraq ağır xəsarətlər alıb.
Hadisə Masazır qəsəbəsində baş verib.
Ayan Aslanovanın atası Ramiz Aslanov iddia edir ki, əraziyə çağırılan Təcili Tibbi Yardım avtomobili hadisə yerinə gəlməyib. Övladının çoxlu qan itirdiyini görən ata qızını fərdi avtomobillə xəstəxanaya aparmaq məcburiyyətində qalıb.