Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Miller: Rusiya ABŞ-nin Azərbaycanla Ermənistan arasında normallaşma ilə bağlı səylərinə mane olmur

813
Paylaş:
Miller: Rusiya ABŞ-nin Azərbaycanla Ermənistan arasında normallaşma ilə bağlı səylərinə mane olmur

Rusiya heç bir halda ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səylər göstərməsinə heç bir şəkildə mane olmur və biz bu səyləri davam etdirəcəyik”, - deyə o bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, Metyu Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.

Paylaş:

Ən son xəbərlər