ABŞ Əmək Agentliyi “SpaceX” şirkətinin baş direktoru İlon Maskın aktivlərini “diqqət yayındırmaq faktoru və rüsvayçılıq” adlandırdığı məktubu yayan səkkiz işçini qanunsuz olaraq işdən çıxarmaqda ittiham edib.
Milli Əmək Münasibətləri Şurasının (NLRB) məlumatına görə, “SpaceX” işçilərin federal əmək qanunları çərçivəsində hüquqlarını, o cümlədən təşkilatlanma və daha yaxşı iş şəraiti uğrunda mübarizə aparmaq hüququnu pozub.
İşçilər Maskın “tvitləri” ilə razılaşmadıqlarını bildiriblər, onların fikrincə, bu, şirkətin müxtəliflik və iş yerində qəbuledilməz davranışla bağlı siyasətini əks etdirmir. Onlar “SpaceX”i Maskın “tvitlərini” qınamağa çağırıblar.