Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq.