Ötən il Türkiyədə azərbaycanlı tələbə Ali Safa K.-ya (şərti ad) işgəncə verən narkotik mafiyasının üzvlərinə 203 il həbs cəzası istənilib. Qaynarinfo-nun məlumatına görə, Əli Safaya işgəncə verdiyinə görə saxlanılan 6 nəfər barəsində ittiham aktı hazırlanıb.
İddianamədə məhbus şübhəlilər - 49 yaşlı Ayhan Küçükdere, 24 yaşlı oğlu Səməd Küçükdere, 25 yaşlı Mehmet Can Arslaner və ev dustaqlığında olan 35 yaşlı H.C., 39 yaşlı Y.A.-nın hər birinə 14 il, 35 yaşlı F.O.-ya 5 il, ümumilikdə isə 203 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.
Cinayət İşi Zonquldak 3-cü Ağır Cəza Məhkəməsinə göndərilib. 6 müttəhim yaxın günlərdə sözügedən məhkəmədə hakim qarşısına çıxarılacaq.