"Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.
Bəzi ekspertlər hesab edir ki, fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı ilə bağlı avtomobilinin istehsal ili 10 ildən 20 ilə qədər olanlar 10 AZN, 20 ildən 30 ilə qədər olanlar 20 AZN, 30 ildən yuxarı olan sürücülər isə 30 AZN ödəyə bilərlər.
Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, məbləğlə bağlı son sözü Nazirlər Kabineti deyəcək: