“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılar içərisindədir. Bu barədə Oxu.Az-a modelin özü məlumat verib. O, ağrılarının səbəbinin tapılmadığını qeyd edib: “Bütün analizlərim çıxıb. Həkimlər heç bir xəstəlik tapa bilmirlər. Nə qandan, nə böyrək, nə də qaraciyərdən mənfi cavab çıxmır. Ginekoloji analiz də verdim. Düşündüm bəlkə infeksiya düşüb. Hepatit olaram. İnsan belə vəziyyətdə ümid edir ki, heç olmasa, infeksiya çıxsın, onu müalicə etsin”.
S.Hüseynova keyidici dərmanlar qəbul etdiyini dilə gətirib:
“Əl və ayağım ağrıyır. Elə ağrıyır ki, sanki əlsiz və ayaqsızam. Bədənimdə ağrı yoxdur. Türkiyəyə, Moskvaya da getdim. Hamısı eyni dərmanı yazıb, yola salırlar. Ancaq keyidici dərmanlar qəbul edirəm. Onkoloji xəstələr kimi.