Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

DTA "150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verilir" məlumatına münasibət bildirdi: Düzgün anlaşılmayıb - YENİLƏNDİ

1 933
Paylaş:
DTA "150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verilir" məlumatına münasibət bildirdi: Düzgün anlaşılmayıb -     YENİLƏNDİ

Milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimi təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub. Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb. 

Bu barədə Pravda.az-a Dövlət Turizm Agentliyindən (DTA) bildirilib.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. 

"Hər zaman olduğu kimi, bir daha media nümayəndələridən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik", - məlumatda vurğulanıb.

***

2024-01-05 22:08

Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan Mətbəxinin təqdimi" adlı tədbir keçirmək niyyətindədir. Açıq tenderin məlumatlarına əsasən təxmin edə bilərik ki, tədbir üç gün davam edəcək, amma əsas tədbir 12 saatlıq banket olacaq. Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir.

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev məlumat yayıb.

"Bununla belə, Agentlik 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş vermək niyyətindədir", - o qeyd edib.

Beləliklə, hər adama 20 litr araq düşür. 

Paylaş:

Ən son xəbərlər