Gözəllik salonlarında qiymətlər xeyli artıb. Xezerxeber.az-ın məlumatına görə, salonlar yeni ilə yeni qiymətlərlə başlayıblar.
Bir müddət əvvəl 10 -15 manata olan saç kəsimi hazırda 20-25 manata edilir. Qiymət artımı bütün xidmətlərə şamil olunur. Salon işçiləri artıma səbəb kimi istifadə edilən məhsul və ləvazimatların bahalaşmasını göstərirlər.