Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vilayət Eyvazov Gədəbəyə gedir

673
Paylaş:
Vilayət Eyvazov Gədəbəyə gedir

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

DİN-dən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yanvarın 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytına və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Paylaş:

Ən son xəbərlər