“Bəzən efirə çıxan hər ekspertin, şou-biznes nümayəndəsinin dediyi sözlər sanki aforizmə çevrilir. Hər kəs onun ətəyindən yapışır və öz həyat tarixçəsində ona uyğun bənzərliklər axtarır...” Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Aytən Ələkbərova deyib. Ailədə qadının kişidən daha çox pul qazanması məsələsindən danışan ekspert sağlam ailə üçün tərəflərin qazancının heç bir önəmi olmadığını bildirib:
“Bu bənzərliyin içərisində bəzən başqasının həyat yoldaşı özününkündən çox pul gətirirsə, bir növ sayğısız duruma düşür. Təbii ki, bunu hər ailəyə şamil etmək olmaz. Ailənin əsas büdcəsinin təməli bəy tərəfindən qoyulur. Xanım milyon qazansa da, ailədə kişinin gətirdiyi ruzinin bərəkəti daha çox olur. Çox zaman baxırıq ki, ailədəki ilk söz-söhbət məhz pula görə yaranır. Bəzən qadın deyir ki, “Öz pulumdur, özüm bilərəm kimə, hara və necə xərcləyirəm”. İlk yaranan xırda söz-söhbət məhz bundan başlayır. Ailədə yaranan bu xaos get-gedə böyüməyə başlayır. Kişi özünü qadın tərəfindən əzilmiş hiss edir, düşünür ki, mən necə kişiyəm?
Elə kişi var ki, həqiqətən xanımından az qazanır, amma sözünün kəsəri var. Son günlər qarşımıza çıxan “aforizmlər” var: Kişinin pulu olmazsa, sayılmaz, hörməti olmaz və s. Bunu hər kəsə şamil etmək olmaz.