Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır. Bu barədə Baku TV-yə Əməkdar artistin yaxınları bildiriblər.
Onlar qeyd edib ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.