Cəlilabadda vəfat edən şəxsin yaxınlarına başsağlığı verməyə gedən şəxs evin samovarını oğurlayıb. “Qaynarinfo”nun məlumatına görə, 1979-cu ildə Cəlilabad şəhərində doğulmuş Akşin Cəfərov (ad-soyad şərti) bu səbəbdən saxlanılıb.
Saxlanılan şəxs məhkəmə ifadəsində bildirib ki, Gülnarə İbayevanın vəfat etmiş ərinin yas mərasimində iştirak edə bilmədiyi üçün axşam saatlarında onların yaşadığı ünvana gedib. Ev sahibinə yas mərasiminə gələ bilmədiyini deyərək, üzr istəyib. Zərərçəkmiş şəxsin evindən gedən zaman isə həyətdəki olan samovarı oğurlayıb.