Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.
Eyvandan yıxılan yeniyetmədən xəbər var
TƏBİB-dən bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.
Vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir. Zəruri tədbirlər görülməkdə davam edilir.