Azərbaycanda yanvar ayının pensiya ödənişinin verilməsində gecikmə müşahidə olunur. Azxeber.com gecikmənin səbəbini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.
O yanvar ayının pensiyasının 2-3 gün ərzində ödəniləcəyini bildirib:
"Prezidentin sərəncamı ilə ötən il pensiyaçılara ödənilən maddi yardım bu il pensiyaların üzərinə gəlinir. Yəni, bu il də ötən il olduğu kimi pensiyaçılara verilən maddi yardım aylıq məbləğin üzərinə gəlinir və bölünərək hər aya düşən hissə pensiyaya əlavə edilir.