Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə görüntü digər sürücü tərəfindən lentə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil yol kənarında fəaliyyət göstərən apteklərin birinə çırpılıb.
Hadisə nəticəsində əczanəyə və avtomobilə ciddi ziyan dəyib.