Günəş fəallığı artaraq 31 dekabrda 3536 oblastında X5.0 sinifli alışma qeydə alınıb.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu alışma 2017-ci ildən sonra qeydə alınan ən güclü alışma olub. Alışma Günəş diskinin şərq limbində baş verdiyindən Yerə təsiri zəif olub. Həmçinin alışma ilə bağlı R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və IV tip radioemissiya və qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupunda 171 ləkə və Tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəş fəallığı ilə bağlı olaraq 03-06 yanvar tarixlərində yüksələrək S1 (maks: 25 pfu) dərəcəli radiasiya qasırğası baş verib.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 504 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (317 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 1-ə bərabərdir, kosmik hava sakitdir.