Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub.
Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.