Aygün Bəylərin vəfatından sonra onun Röya Ayxan haqda efirdə dediyi sözlər sosial şəbəkələrdə paylaşılıb. Axar.az xəbər verir ki, ötən il ARB-də “Səhər-səhər” verilişinin qonağı olan Aygün Bəylər xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyini bildirir və sənətdən biznes kimi istifadə edənlərlə sənətkarın bir-birindən ayrılması gərəkdiyini vurğulayır.
Aygün Bəylər çıxışına rəğmən, aparıcı Elgiz Əkbərin yenə də Röyaya “sənətkar” deməsi ilə razılaşmır və nəhayət, qavalını da götürərək, verilişi tərk edir.