Baku TV 2021-ci ildə Yevlax şəhərində Kür qırağı bulvar ərazisinin çökməsi və təhlükəli vəziyyətin yaranması ilə bağlı problemi işıqlandırmışdı.
Həmin vaxt İcra Hakimiyyətindən məsələnin nəzarətdə olduğu və təmir işlərinin aparılacağı bildirilmişdi.
Hazırda isə həmin problem qalmaqdadır.
Sakinlərin sözlərinə görə, ərazidə dağıntılar çoxdur, oturub dincəlməyə yer yoxdur.