“Aygün sinfə gəlirdi və elə mahnılar oxuyurdu ki, heç mən bilmirdim. Zövq alırdım ondan. Mat qalırdım ki, nə qədər istedadlı adamdır”.
Bu sözləri Xalq artisti Arif Babayev “Xəzər axşamı” verilişinə müsahibəsində mərhum Əməkdar artist Aygün Bəylər haqda danışarkən deyib. O, həmkarının vəfatından çox kədərləndiyini bildirib:
“Tut ağacı” mahnısını ifa edəndə birtəhər olurdum. Xəstə olduğunu eşitmişdim, amma bu tezliklə vəfat etməsini gözləmirdim. Çox gözəl idi, ölənə oxşamırdı. Çox xarab oldum.
Bəzilərinə xoş gəlmirdi ki, ifa edərkən əllərini, qollarını oynadır. Deyirdim ki, ay evin yıxılmasın, onun canında musiqi var, ona görə əl-qolunu oynadır, gözlərini yumur”.