Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda məşhur taksi şirkəti bağlandı

2 468
Paylaş:
Bakıda məşhur taksi şirkəti bağlandı

Bakıda fəaliyyət göstərən məşhur taksi şirkəti - "Salam Taksi" (*9933) fəaliyyətini dayandırıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, taksi şirkəti 2024-cü il yanvarın 1-dən bağlanıb.

Saytımıza məlumat verən taksi sürücülərindən biri bildirib ki, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Lakin bunun nə vaxt baş verəcəyi deyilmir.

Xəbəri dəqiqləşdirmək üçün taksi xidmətinin qısa nömrəsinə - *99 33-ə zəng etsək də, nömrəyə zəng çatmadı. Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb.

Paylaş:

Ən son xəbərlər