"Sentyabr-oktyabr aylarında biz daha bir neçə bankın maliyyə durumunun ağırlaşmasının şahidi olacağıq”.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ümumi bank sektorunda böyük problemlər yaşanacaq:
"Çünki hökümətin verdiyi qərara görə, karantin rejimi ilə sentyabr ayına kimi bütün növ kreditlərlə bağlı gecikmələr olsa, onlara cərimələr hesablanmayacaq. Bu qərar onu deməyə əsas verir ki, hökümət bu gecikmələrin olacağını bilir və gözləyir. Cünki insanların işi yoxdur, qazancları azalıb. Həm iş adamları, həm sadə vətəndaşlar, həm də istehlak kreditləri götürən insanların vəsaitləri yoxdur ki, krediti qaytarsınlar. Sentyabara kimi cərimələrin hesablanmaması həm biznesə, həm də insanlara bir az da rahatlıq gətirəcək”.