Bu gün “Sivil Toplum” Monitorinq Koalisiyasının ofisində Koalisiyanın həmsədrləri A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri), Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və Ə. N. Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) üzunmüddətli müçahidəçiləri Naemi Arcidiacono və Oljas Akanov ilə görüşü keçirilib.
Görüşdə Q. İbrahimli “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verib, sonra A. Kərimov 07 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən, seçki qanunvericliyindən danışıb.