İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib.