Bakıda yolda məktəbli qıza söz atan şəxslə bağlı məhkəmə qərar verib. “Qaynarinfo”nun məlumatına görə, hadisəyə görə 1981-ci il tarixdə Qubadlı rayonunda doğulmuş Ayxan Cəbiyev (ad-soyad şərti) saxlanılıb və barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
S.M. adlı məktəbli qızın atası məhkəmədə bildirib ki, övladı fənn məşğələsindən çıxaraq yaşadıqları Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən evlərinə qayıdan zaman möhkəm qorxub. Bunun səbəbi isə 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi maşına minməyi təklif etməsi olub. O hesab edir ki, həmin şəxs pis niyyətlə qızına yaxınlaşıb. Qeyd olunanlara əsasən, onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edib.