“Regionun hərtərəfli inkişafına verdiyi əvəzsiz töhfələr, dünyada sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər, ərsəyə gətirdiyi enerji layihələrinin əhəmiyyəti və effektiv nəticələri, həmçinin iqtisadi gücü və əlverişli coğrafi mövqeyi günü-gündən inkişaf edən ölkəmizin beynəlxalq nüfuzunu durmadan yüksəldir. Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində tamamilə iqtisadi müstəqilliyə sahib olması, balanslaşdırılmış xarici siyasət həyata keçirməsi, habelə qazandığı möhtəşəm Zəfərlə ədaləti bərpa etməsi ölkəmizə qlobal miqyasda müsbət imic qazandırıb. Eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə dərin hörmətlə yanaşan Azərbaycanın ikitərəfli münasibətlərdə də bütün məsələlər üzrə atdığı hər bir imzasına yüksək dəyər verməsi onu dünyada güvənli və sədaqətli tərəfdaş kimi tanıdır. Məhz bu siyasətin nəticəsidir ki, həm regional və beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri Azərbaycanla istənilən mövzuda əməkdaşlıqdan xeyli məmnundurlar. Qeyd edim ki, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də ərəb ölkələri ilə münasibətlər təşkil edir və bu dövlətlərlə xüsusilə son illərdə əlaqələr genişlənir. Xatırladım ki, 30 il davam etmiş Ermənistan işğalı dönəmində Ərəb ölkələri Azərbaycanın haqq işini davamlı olaraq müdafiə edib, bütün platformalarda ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini göstəriblər. Təbii ki, bu da həmin dövrdə bizim üçün ən əsas həssas məqamlardan biri idi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.