Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Şaurma 1" restoranında yanğın

579
Paylaş:
"Şaurma 1" restoranında yanğın

Bakıda restoranda yanğın baş verib.

Bu barədə FHN məlumat yayıb. Məlumata görə, FHN-in "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

NİİM-in yaydığı məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:

Ən son xəbərlər