Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran - Boradigah - Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mercedes - 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb.