Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı bildirib ki, məsələ tərəflərindən araşdırılır.
xxx
Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.
Trend-in əldə etdiyi məlumata görə, polis qızın bu izdivaca məcbur edildiyinin aydın şəkildə göründüyü sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.
Gənc qızın zorla toy mərasiminə aparıldığı hadisə ilə bağlı ətraflı məlumat veriləcək.



