Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Daha 15 nəfərdə koronavirus aşkarlandı

1 736
Paylaş:
Daha 15 nəfərdə koronavirus aşkarlandı

Çin Xalq Respublikasında son 24 sat ərzində 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan on ikisi yeni simptomsuz daşıyıcıdır. Yoluxma faktları ölkə daxilində qeydə alınıb.

Çinə xaricdən gələn 1 692 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onlardan 1 632-si sağalıb, 60 nəfər isə həkim nəzarətindədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş:

Ən son xəbərlər