Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin, üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb.
Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.
K.Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.
O diqqətə çatdırıb ki, şəhər meriyasının heykəllə bağlı mövqeyi belədir.


