Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakı Dövlət Sirkinin binasında texniki nasazlıqlar aşkar edilib, fəaliyyəti dayandırılıb

842
Paylaş:
Bakı Dövlət Sirkinin binasında texniki nasazlıqlar aşkar edilib, fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib.

Bu barədə Pravda.az-a Bakı Dövlət Sirkindən məlumat verilib.

Bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər verilib.

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - məlumatda qeyd olunub.

Paylaş:

Ən son xəbərlər