Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.